Dünən «Bakcell U-17 Liqası»nda 15-ci turun oyunları keçirilib. 6 oyunun tən yarısında böyük hesab qeydə alınıb. «Ağsu» «Qarabağ»a, «Mil Muğan» isə «Səbail»ə ikirəqəmli hesabla məğlub olub.
«Xəzər Lənkəran» - «Qəbələ» 0:6
«Zirə» - «Kəpəz» 1:2
«Neftçi» - «Sumqayıt» 2:2
«Keşlə» - «Neftçi» İK İB 1:0
«Səbail» - «Mil Muğan» 12:0
«Ağsu» - «Qarabağ» 1:10
Qazanılan inamlı qələbə ilə «Səbail» cari çempionatda «Qəbələ»nin rekordunu təkrarlayıb. Belə ki, əyalət təmsilçisi 11-ci turda «Mil Muğan»ın qapısından 12 cavabsız top keçirmişdi. Bu dəfə Füzuli Məmmədovun komandası İmişli təmsilçisini eyni sayda – 12 dəfə məyus etdi.

Bombardirlər: Nicat Musayev («Neftçi») – 18 qol, Bayram Vəliyev («Səbail») – 13 qol.
U-17 Liqasında növbəti turun oyunlar dekabrın 25-də keçiriləcək: «Kəpəz» - «Keşlə», «Neftçi» İK İB – «Səbail», «Mil Muğan» - «Xəzər Lənkəran», «Qəbələ» - «Neftçi», «Sumqayıt» - «Ağsu», «Qarabağ» - «Zirə». Oyunların başlama vaxtı və yeri barədə əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


