U-16 Liqasında 10-cu turdan təxirə salınmış oyunlardan biri keçirilib. «İnter Arena»nın 4-cü meydanında «Keşlə» «Qəbələ»ni qəbul edib.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları birinci hissədə penaltidən Rüfət Əhmədov, fasilədən sonra isə Samir Məhərrəmli vurdular.
Bu qələbə sayəsində «Qəbələ» 2-ci yerdəki «Vətən»lə xal fərqini 5-ə çatdırıb. Amma «məktəblilər»in liderlə müqayisədə 1 oyun az keçirdiyini də qeyd etməliyik.

U-16 Liqasında 15-ci turun oyunları dekabrın 21-də keçiriləcək: «Zirə» - «Turan», «Səbail» - «Kəpəz», «Sumqayıt» - «Qarabağ», «Neftçi» İK İB – «Vətən», «Keşlə» - «Neftçi». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


