Bu gün «Bakcell U-17 Liqası»nda 12-ci turdan təxirə salınmış «Qəbələ» - «Neftçi» İK İB oyunu keçiriləcək.
Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq.
«Qələbə»nin futbolçusu Nicat Orucov 14-cü turda «Səbail»lə oyunda aldığı qırmızı vərəqəyə görə bu oyunda iştirak edə bilməyəcək.

Bombardirlər: Nicat Musayev («Neftçi») – 18 qol, Bayram Vəliyev («Səbail») – 13 qol.
U-17 Liqasında 15-ci turun oyunları dekabrın 18-də keçiriləcək: «Zirə» - «Kəpəz», «Ağsu» - «Qarabağ», «Neftçi» - «Sumqayıt», «Xəzər Lənkəran» - «Qəbələ», «Səbail» - «Mil Muğan», «Keşlə» - «Neftçi» İK İB. Oyunların başlama vaxtı və keçiriləcəyi yerlər barədə əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


