LAYİHƏ: U-17 Liqası: Turun mərkəzi oyunu gec keçiriləcək

10 Dekabr 2017 10:31 Layihə 801
LAYİHƏ: U-17 Liqası: Turun mərkəzi oyunu gec keçiriləcək

Dekabrın 11-də «Bakcell U-17 Liqası»nda 14-cü tura start veriləcək. Turun 5 oyunu sabah keçiriləcək. Yalnız turun mərkəzi oyunu hesab edilən «Qarabağ» - «Neftçi» qarşılaşması dekabrın 14-ə təyin olunub:

11 dekabr (bazar ertəsi)

13:00 «Zirə» - «Ağsu» (Aviasiya Akademiyasının stadionu)

13:00 «Qəbələ» - «Səbail» (Qəbələ şəhər studionu)

14:00 «Mil Muğan» – «Keşlə» (İmişli şəhər stadionu)

14:00 «Sumqayıt» - «Xəzər Lənkəran» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Kəpəz» - «Neftçi» İK İB (Gəncə şəhəri, TİM-nin meydanı)

14 dekabr (cümə axşamı)

14:00 «Qarabağ» - «Neftçi» (Binə qəsəbə stadionu)

Turu buraxacaq futbolçular: Ümid Əhmədov, Allahyar İsgəndərov, Pərviz Məmmədov (hamısı «Zirə»), İlkin Əbiyev, Sadiq Ağazadə (hər ikisi «Neftçi»), Rasim Xəlilov («Xəzər Lənkəran»).

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO