Bu gün U-16 Liqasında 13-cü turun oyunları keçirilib. İlk pillənin sahibi «Vətən»in səfərdə «Neftçi» ilə oyunda qalib gələ bilməməsi Fərrux İsmayılovun yetirmələrini birinci pillədən edib.
3-cü pillədəki «Zirə»nin də tur buraxmasından istifadə edən «Qəbələ» autsayder «Səbail»i darmadağın edərək liderliyə yüksəlib. 13-cü turda qeydə alınan nəticələr aşağıdakı kimidir:
«Neftçi» - «Vətən» 1:1
«Səbail» - «Qəbələ»0:7
«Keşlə» - «Qarabağ» 2:0
«Neftçi» İK İB – «Kəpəz»0:2
«Sumqayıt» - «Turan» 2:1.

U-16 Liqasında 14-cü turun oyunları dekabrın 14-də keçiriləcək: «Vətən» - «Keşlə», «Qarabağ» - «Neftçi» İK İB, «Kəpəz» - «Sumqayıt», «Turan» - «Səbail», «Qəbələ» - «Zirə». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


