Nəhayət, bir neçə turdur ki, qələbə üzünə həsrət qalan «Zirə» istəyinə çatdı. 3 oyun idi ki, meydanı 3 xal qazanmadan tərk edən Bakı təmsilçisi ötən bazar səfərdə autsayder «Zaqatala»nın qonağı olmuş və gözlənilmədən 0:1 hesabı ilə məğlubiyyətə uğramışdı.
Buna baxmayaraq, 3 xal «Zirə»yə verildi. Belə ki… Çərşənbə günü AFFA-nın İntizam Komitəsinin iclası keçirildi. İclasda liqalarla bağlı bir neçə qərar qəbul olunub.
Onlardan diqqəti ən çox cəlb edəni məhz «Zaqatala» - «Zirə» oyunu ilə bağlı olub. Meydan sahibləri Tofiq Vahabovun adı ilə oyuna başqa futbolçu buraxıblar.
«Zirə»nin məşqçi heyəti və hakimlər briqadası bu saxtakarlığı oyun başa çatan kimi aşkara çıxarıblar. Beləcə, qayda-qanuna görə, «Zaqatala»ya texniki məğlubiyyət (0:3) verilib.

U-15 Liqasında növbəti turun oyunları 9-10 dekabrda keçiriləcək: İsgəndər Cavadov BFA – «Zaqatala», «Keşlə» - «Sumqayıt», İOEUGİM – «Turan», «Kəpəz» - «Vətən», «Neftçi» İK İB – «Viləş», «Neftçi» - «Səbail», «Qarabağ» - «Qəbələ». Qeyd edək ki, oyunların başlama vaxtı və yeri məlumdur. Bu barədə bir qədər sonra məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


