Bu gün «Bakcell U-17 Liqası»nda 12-ci turun 5 oyunu keçirilib. Baş tutan qarşılaşmalarda aşağıdakı hesablar qeydə alınıb:
«Kəpəz» - «Mil Muğan» 4:1, «Sumqayıt» - «Keşlə» 1:2, «Qarabağ» - «Səbail» 1:1, «Zirə» - «Xəzər Lənkəran» 6:0, «Ağsu» - «Neftçi» 1:7.
Turun «Qəbələ» - «Neftçi» İK İB matçı adı ikinci çəkilən komandanın Batumidə keçirilən turnirdə iştirak etməsi səbəbindən təxirə düşüb.
U-17 Liqasında növbəti tur dekabrın 4-də keçiriləcək: «Ağsu» - «Kəpəz», «Neftçi» - «Zirə», «Xəzər Lənkəran» - «Qarabağ», «Səbail» - «Sumqayıt», «Keşlə» - «Qəbələ», «Neftçi» İK İB – «Mil Muğan». Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Nicat Musayev («Neftçi»)-17 qol, Bayram Vəliyev («Səbail») – 13 qol.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


