LAYİHƏ: U-16 Liqası: 1-ci dövrə başa çatdı

24 Noyabr 2017 14:00 Layihə 659
LAYİHƏ: U-16 Liqası: 1-ci dövrə başa çatdı

Dünən U-16 Liqasında 11-ci turun 3 oyunu keçirilib. «Neftçi» və «Qəbələ»nin bir neçə futbolçusunun Türkiyədə keçirilən AEGEAN Cur turnirində çıxışını başa vurmuş U-16 millimizin düşərgəsində olduğundan «Kəpəz» - «Neftçi» və «Qəbələ» - «Neftçi» İK İB oyunları təxirə salınıb. Keçirilən 3 qarşılaşmada aşağıdakı hesablar qeydə alınıb:

«Zirə» - «Sumqayıt» 3:2

«Qarabağ» – «Vətən» 1:2

«Turan» - «Keşlə» 3:2

U-16 Liqasında 2-ci dövrəyə noyabrın 30-da start veriləcək. 12-ci turda aşağıdakı oyunlar keçiriləcək: «Qarabağ» - «Neftçi», «Kəpəz» - «İnter», «Turan» - «Neftçi» İK İB, «Qəbələ» - «Sumqayıt», «Zirə» - «Səbail». Oyunların başlama vaxtı və məkan barədə əlavə məlumat verəcəyik.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti