LAHİYƏ: Millimizdən böyükhesablı məğlubiyyət

23 Noyabr 2017 18:12 Layihə 727
LAHİYƏ: Millimizdən böyükhesablı məğlubiyyət

Bu gün Türkiyənin Aydın şəhərində keçirilən AEGEAN Cup turnirinin qrup mərhələsində 3-cü turun oyunları keçirilib.

A qrupunda yer alan U-16 millimiz Türkiyə ilə qarşılaşıb. Oyun komandamızın 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu yenilgidən sonra aktivində 3 xal olan U-16 millimiz qrupda 3-cü yeri tutaraq final mərhələsindən kənarda qalıb.

Qrupumuzda digər görüşdə Kosovo yığması albanlara 2:1 hesabı ilə qalib gələrək 6 xalla qrup ikincisi olub. Albaniya millisi isə 1 xalla sonuncu yerdə qərarlaşıb.

B qrupunda keçirilən Yunanıstan – Rusiya matçında 0:0 hesabı qeydə alınıb. Moldova – Monteneqro oyunu gec başa çatıb. Bu matçın nəticəsindən asılı olmayaraq, yunanlar qrup mərhələsini 7 xalla 1-ci, ruslar isə 5 xalla 2-ci yerdə başa vurublar.

AEGEAN Cur-da final mərhələsi noyabrın 25-də keçiriləcək. Qrup birinciləri olan Türkiyə ilə Yunanıstan çempionluq, qruplarında ikinci yeri tutan Rusiya ilə Kosovo isə 3-cü yer uğrunda oyuna çıxacaqlar.

Millimizə gəlincə, turnirdə çıxışını başa vuran komandamız sabah günorta saatlarında vətənə qayıdacaq.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti