Türkiyədə keçirilən AEGEAN Cup turnirində çıxış edən U-16 millimiz bu gün günorta saatlarında yüngül məşqə çıxıb.
Komandamızın tam heyətlə məşqə çıxmasına baxmayaraq, düşərgədə 3 zədəli futbolçu var .Bunlar Veysəl Rzayev, Bəhruz Tanrıverdiyev və Samir Qasımovdu.
Baş məşqçi Vüqar Məmməddən aldığımız məlumata görə, onların zədələri o qədər də ciddi deyil və sabahkı oyuna kimi hazır ola bilərlər.
Xatırladaq ki, millimiz sabah Bakı vaxti ilə 16:00-da Türkiyə yığmasıyla qarşılaşacaq. əvvəlki oyunlarda Albaniya millisinə 1:0 hesabıyla qalib gələn və kosovolulara 0:2 hesabıyla uduzan komandamız 3 xalla qrupda üçüncü yerdədi. Növbəti mərhələyə adlamaq üçün futbolçularımızın sabahkı matçda qalib gəlmələri mütləqdi.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


