Bu gün Türkiyənin Aydın şəhərində keçirilən AEGEAN Cup turnirinin qrup mərhələsində ilk tura yekun vurulub.
Vüqar Məmmədin başçılıq etdiyi və A qrupunda yer alan U-16 millimizin Albaniya U-16 yığmasına 1:0 hesabı ilə qalib gəldiyi barədə xəbər vermişdik.
Qrupdakı digər qarşılaşmada meydan sahibləri Türkiyə millisi ilə Kosovo yığması üz-üzə gəlib. Oyun Türkiyənin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
B qrupunda isə Rusiya Monteneqronu 3:0, Yunanıstan isə Moldovanı 2:0 hesabı ilə məğlub edib. 2-ci turun oyunları noyabrın 21-də keçiriləcək:
12:30 Kosovo – Azərbaycan
12:30 Monteneqro – Yunanıstan
16:00 Albaniya – Türkiyə
16:00 Moldova – Rusiya
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


