U-16 Liqasında 11-ci turun təqvimi müəyyənləşib. 11 komandanın iştirak etdiyi çempionatda ötən tur olduğu kimi bu dəfə də cəmi 3 oyun baş tutacaq.
«Neftçi» və «Qəbələ»nin bir neçə futbolçusunun hazırda Türkiyədə keçirilən AEGEAN Cup turnirində iştirak edən U-16 millimizin düşərgəsində olduğundan «Kəpəz» - «Neftçi» və «Qəbələ» - «Neftçi» İK İB oyunları təxirə salınıb.
Digər 3 qarşılaşma isə təqvimə uyğun olaraq noyabrın 23-də keçiriləcək:
12:00 «Zirə» - «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)
14:00 «Qarabağ» – «Vətən» (Binə qəsəbə stadionu)
15:00 «Turan» - «Keşlə» (Tovuz şəhər stadionu)

Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


