LAYİHƏ: U-16 millimiz AEGEAN Cup turnirinə qələbə ilə başladı

20 Noyabr 2017 14:12 Layihə 660
LAYİHƏ: U-16 millimiz AEGEAN Cup turnirinə qələbə ilə başladı

Bu gün U-16 millimiz Türkiyədə 16 yaşlı futbolçular arasında keçirilən ənənəvi AEGEAN Cup turnirinə çıxışına başlayıb. A qrupunda yer alan millimizin ilk rəqibi Albaniya millisi olub.

Topa daha çox sahib olmasına baxmayaraq millimiz ilk hissədə fərqlənə bilməyib. Birinci hissə 0:0 hesabı ilə başa çatıb.

İkinci hissənin ortalarında Veysəl Rzayevin yerinə oyuna daxil olan Bəhruz Tanrıverdiyev komandamızı hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə başqa qol vurulmayınca, millimizin AEGEAN Cup turnirində ilk qələbəsini qazanıb.

Qrupumuzda digər oyunda Türkiyə və Kosovo milliləri qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycan: Vüsal Şabanov, Rüfət Əhmədov, Mirəli Əhmədov, Emil Bayramov, Mahir Həsənov, Mehmet Serin, Kamal Kazımov, Asif Miriyev, Veysəl Rzayev, Samir Məhərrəmli, Samir Qasımov

Ehtiyat oyunçular: Məhəmməd Əhmədov, Rəhim Cəfərli, Nika Baçaliaşvili, Ramin Məhərrəmov, Fərid Yusifli, Vüsal Qənbərov, Bəhruz Tanrıverdiyev, Ramin Nəsirli, Ayxan Cabbarlı

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti