Bu gün Türkiyənin Aydın şəhərində 16 yaşlı yığmalar arasında keçirilən ənənəvi AEGEAN Cup turnirinə start verilir. 8 yığmanın iştirak etdiyi turnirdə U-16 millimiz də çıxış edir.
Yığmamızın baş məşqçisi Vüqar Məmməd turnirə 20 futbolçu ilə yollanıb və bunlardan 6-sı 2003-cü il təvəllüdlü futbolçulardı. Komandamız A qrupunda Albaniya, Kosova və Türkiyə yığmaları ilə bir qrupda yer alıb.
Artıq Vüqar Məmmədin yetirmələri dünən günorta saatlarında Aydın şəhərinə çatıb. "Pine Bay Hotel"də məskunlaşan U-16 millimiz dünən axşam saatlarında 1 saatlıq yüngül məşqə çıxıb. Komandamız bu gün Bakı vaxtı ilə saat 12:30-da ilk oyununa çıxacaq. Rəqib Albaniya millisidi.
Komandamız növbəti oyunlarını 21 və 23 noyabrda müvafiq olaraq Kosova ( 12:30) və Türkiyə (16:00) yığmalarına qarşı keçirəcək. Bütün oyunlar barədə mütəmadi olaraq məlumat veriləcək.
Sportinfo
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


