Utanmağa üz ol(may)anda

31 Dekabr 2019 16:00 Köşə 1 701
Utanmağa üz ol(may)anda

2019-cu ilə dönüb baxsaq, Avropa Liqasının final oyununun gözəl təşkilatçılığı Azərbaycan futbolu üçün ülvi və tarixi bir məqam oldu.

Amma meydanda nə milli, nə də klub səviyyəsində bir uğur gördük. Deməli, meydan qəhrəmanları olmayan bir ili başa vururuq.
Əminəm ki, hələ utanmadan bundan sonra oyunla heç bir cəhd göstərmədən stadionlara azarkeş səsləyəcəklər.

İndi sizlərdən soruşmaq lazımdır: azarkeş və futblsevər stadiona niyə gəlsin? – Futbolsuz, həvəssiz, cansız meydana, onun get-gedə örtüyü süniləşən örtüyünə baxmaq üçün?

Yəqin insanların futbolu arenadan niyə canlı izləmək istədiyini artıq bundan sonra klubların əvəzsizləşdirilmişlər, özlərini ulduz sayanlar, xəyalları səmalarda gəzişənlər, qazancı kifayət qədər çox olmaqla oyununa uyğun olmayan mükafatlar alanlar, bir matçla qəhrəmanlaşanlar, işbaz menecerlərinin köməyi ilə ərköyünləşənlər, öz üzərində işləmək, irəli atılmaq, həvəs göstərmək əvəzinə əyləncələrdən əskik olmayanlar indi düşünüb daşınsalar, bəlkə hansısa qənaətə gəldilər.

Bəlkə nədənsə çəkindilər.

Bəlkə özlərinə hörmət qoyub, hörmət qazanmağa başladılar.

Bəlkə bundan sonra nəyəsə ümid verməyə əsas yaratdılar.

Yəqin indi müəyyən edə bilərlər ki, niyə vaxtilə çox qazanmayan futbolçular meydanda daha həvəsli görünürdülər. Əsla, bunun qazanca bağlılığı yoxdur.

Sadəcə, mənəviyyatın daha böyük olduğu zamanların ictimai qınağından, tək bundan deyil, həm də adi azarkeşin sərt ifadəsindən, münasibətindən ar edir, çəkinirdilər.

Məgər onlar bilmir və demirdilər ki, səviyyə fərqi var? Dilləri bu qədər bəzək-düzəkli sözlərlə dolmurdu. Səviyyə fərqini isə utanaraq dilə gətirirdilər.

Onlar bir oyunluq böyük sensasiyalara imza atanda belə, sevincləri daha səmimi görünür, həmin gecənin ulduzu kimi, o gecənin bir həqiqət sabahının da yetişəcəyini bilir və başdan yuxarı tullanmır, böyük danışmırdılar. İndi isə uğursuzluğa da don geyindirmək dəbə minib.

Hə, son söz əvəzinə də bunu deyək: arada üzrxahlığın hələ ən böyük nəciblik olduğunu unutmayın, hazarat, meydanınıza dönün topunuzu qovun!

BATI YAR

Xəbər Lenti