Baş məşqçi postuna əcnəbi gətirməyin – AFFA-dan təlimat

9 Avqust 2020 22:40 Şamaxı 1 821
Baş məşqçi postuna əcnəbi gətirməyin – AFFA-dan təlimat

Hazırda bütün nəzərlər Tərlan Əhmədovu istefaya göndərən «Keşlə»dədir.

«Yeni baş məşqçi kim olacaq» sualı ətrafında çoxlu versiyalar, fərziyyələr dolaşır.

Bizdə olan son məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov bununla bağlı AFFA ilə məsləhətləşmələr aparır. Hələlik tərəflər konkret namizəd üzərində dayanmayıb.

Hələlik yalnız bu məlumdur: Əhmədovdan sonra görəvə gələcək mütəxəssis əcnəbi olmayacaq. Hər halda paytaxt təmsilçisi federasiyanın istəyi üzərinə sükan arxasına yerli məşqçilərdən birini əyləşdirməyi planlaşdırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"