Xəbəriniz var, AFFA bu dəlisovun nəyinə vurulub?

21 Mart 2020 20:20 Şamaxı 964
Xəbəriniz var, AFFA bu dəlisovun nəyinə vurulub?

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları bəlli olub.

Sportinfo.az xəbər verir ki, AFFA-nın milliləşdirmək üzrə olduğu Sezar Meza Kolli arxada qalan 20 turun ən intizamsız oyunçusudur.

İtaliya vətəndaşı olan və indi də Azərbaycan pasportuna namizəd olan paraqvaylı yarımmüdafiəçi biri birbaşa, biri ikinci sarı vərəqəyə görə ümumilikdə 2 dəfə meydandan qovulub. “Keşlə”nin əcnəbisi daha 7 matçda sarı vərəqə alıb. Növbəti xəbərdarlıq onun yenidən cəzalı duruma düşməsi ilə nəticələnəcək.

“Qəbələ”nin ispan yarımmüdafiəçisi Fernan Lopes də sarı vərəqə baxımından eyni durumdadır. 8-ci xəbərdarlığın astanasında olan legioner bir dəfə iki sarı üzündən meydandan qovulub.

“Zirə”nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake isə ən çox sarı vərəqə alan oyunçudur. Passivində qırmızısı olmayan legioner 8 dəfə xəbərdarlıq görüb.

Yerli oyunçular arasında Təmkin Xəlilzadə fərqlənir. “Sabah”ın oyunçusu 5 qarşılaşmada xəbərdarlıq alıbsa, bir dəfə iki sarı üzündən meydandan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"