Azərbaycanlı xanımla ona görə ailə həyatı qurub ki…

17 Oktyabr 2021 17:00 Şamaxı 1 037
Azərbaycanlı xanımla ona görə ailə həyatı qurub ki…

Son 3 tur «Keşlə»nin istədiyi məcrada keçdi.

Əvvəlcə gözlənilmədən «Qarabağ»dan xal qopardılar.

Onadək məğlubiyyətləri sıralayan komanda «Qarabağ»la qollu heç-heçə edəndən sonra payızın həzin havasından güc aldı, ardınca «Sabah»ın, indi də «Səbail»in öhdəsindən gəldilər.

Daha əvvəldən bəlli idi ki, «Keşlə» son sırıalar uğrunda mübarizə aparmamalıdır və aparmayacaq. Heç nə yox, sadəcə, düzgün yanaşma lazımdır.

Həm rəhbərlik, həm də məşqçilər korpusu tərəfindən.

Axır iki qələbə hələ o cür anlaşılmasın ki, «Keşlə»də futbolun doğrularına riayət olunmağa başlayıb. «Sabah» və «Səbail»lə oyunlar fikirləri azdırmamalıdır - bu nəticələrin davamı ikinci dövrədə də gələrsə, yalnız o halda işlərin tədricən qaydasına düşməsindən danışmaq olar.

Sənan Qurbanov gərək bundan belə futbolçularını yerli-yersiz tənqid etməsin. Onlar bədbəxlik adasına düşüb də, özlərini xoşbəxt kimi göstərən çarəsiz kimsələr kimi əllərindən gələni edir, mübarizə aparırlar.

Başda Anatole Abanq olmaqla. Kamerunlu hücumçunun birillik müqaviləsi dekabrda qurtaracaq. Abanq «Keşlə»nin ən bahalı futbolçusudur, ayda 10 min dollar qazanıır.

Afrikalı legioner Azərbaycanda qalmaq, hələ uzun illər burada yaşamaq istəyir. Abanqın azərbaycanlı xanımla ailə həyatı qurması bu mənada təsadüfi sayılmamalıdır.

O. müqaviləsinin bitmək üzrə olduğu bir ərəfədə qolları sıralayır ki, «Keşlə»dən yaxşı təklif alsın. Ya da başqa bir yerli klubdan.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı