Paytaxt klubunun futbolçuları xahiş etdi - Onu bizə qaytarın

18 Sentyabr 2021 17:40 Şamaxı 1 002
Paytaxt klubunun futbolçuları xahiş etdi - Onu bizə qaytarın

“Keşlə”nin əsas komandasının futbolçuları klub rəhbərliyinə müraciət edib.

Onlar avqust ayının maaşının 10 faiz kəsilməsindən narahatdır.

Kollektiv üzvləri həmin məbləğin bərpa olunmasını xahiş eləyib.

Iş ondadır ki, Premyer Liqanın ilk 3 turunda məğlubiyyətlə üzləşən “Keşlə”nin bütün heyət üzvləri cərimələnib. Bu qərar Sənan Qurbanova məxsusdur.

Baş məşqçinin göstərişi ilə köməkçilərinin, o cümlədən, futbolçular və texniki personalının maaşı kəsilib. Belə ki, avqust ayının əməkhaqqısından 10 faiz tutulub.

Hərçənd klub rəhbərliyi bu qərarın əleyhinə olub. Amma Qurbanov israr edərək, «komandada nizam-intizam yaratmaq üçün hamı cərimələnməlidir» deyib və istəyini həyata keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti