"İndi "Xəzər Lənkəran", "İnter" kimi komandalar yoxdur"

22 Fevral 2021 19:00 Şamaxı 791
"İndi "Xəzər Lənkəran", "İnter" kimi komandalar yoxdur"

"Oyuna yaxşı hazırlaşmışdıq. Çox istəkliydik.

Deyərdim ki, mövsümdə oynadığımız ən yaxşı oyunlardan birincisiydi.

Təəssüf ki, öz səhvlərimizdən 2 qol buraxdıq. Çox sayda qol epizodlarından da istifadə edə bilmədik. Ona görə də 2-2 hesabı qeydə alındı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Quliyev "Zirə" ilə oyunda (1:2) qələbəni əldən vermələrini komandasının bir qədər arxayınlaşması ilə əlaqələndirib:

"Zirə"nin yaxşı komanda olduğunu bilirdik. Ən əsası çox istəkli kollektivdi. Bunun hesabına çox çətin oyunlardan uğurlu çıxa biliblər.

Oyuna hazırlaşanda düşünürdük ki, bizim istəyimiz onlardan çox olmalıdır. Elə belə də oldu. Bunun nəticəsiydi ki, ilk hissədə diqtə edən tərəf biziydik.

Buraxdığımız qolu tez unutduq. Heç nə olmayıbmış kimi davam etdik. İkinci hissə bir qədər boşalmaq olmasaydı hesbı 3-1, 4-1 eləmək olardı.

Bir az rahatçılıq oldu ki, bundan "Zirə" istifadə edib 2-ci qolu vurdu. Qoldan sonra bir qədər də müdafiəyə çəkildilər. Hücumlar qurmaq bizə də çətin oldu".

Təcrübəli müdafiəçi yaxşı oyunlarının davamını gətirə biləcəklərinə inamını ifadə edib: "Qələbəyə layiq idik, amma alınmadı. 2-1 önə keçəndən sonra sanki bir balaca arxayınçılıq yarandı.

Bu arxayınçılıq da bizə baha başa gəldi. Məncə, bu oyunun davamını növbəti görüşlərdə də gətirmək olar. Çünki heyətimizdə olan futbolçuların hamısı oynayan uşaqlardı. Fərdi olaraq da digər klublardan geri qalmırıq. Bilirik ki, istəsək, mübarizə aparsaq hər oyun qələbə olar.

İndi çempionatımız elədir ki, nə "Qarabağ", nə də "Neftçi" yüksək performans göstərə bilmir. Heç indi "Xəzər Lənkəran", "İnter" kimi kollektivlər də yoxdur.

Bütün klublarımız bir birindən xal alacaq gücdədir".

Digər Xəbərlər
Xəbər Lenti