Azər Bağırovun “Kəpəz”in yeni baş məşqçisi olacağını xəbər vermişdik.
Artıq onun köməkçilərinin kimliyi də bizə məlumdur.
O, “Araz-Naxçıvan”da da çiyin-çiyinə çalışdığı qardaşı Araz Bağırovu Gəncəyə gətirib.
Həmçinin bu yay “Qəbələ”dən ayrılmış 2 məşqçi bundan sonra “sarı-göylər”in uğurları üçün çalışacaq. Bunlar qapıçılar üzrə çalışdırıcı Vüqar Məmmədov və analitik Rakif Əliyevdir.
Martda «Araz-Naxçıvan»dan ayrılan A.Bağırovla mövsümün sonunadək kontrakt bağlanması nəzərdə tutulub.
«Pro» kateqoriyalı çalışdırıcı bu müddətdə komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlməlidir. Əgər qarşısına qoyulan məqsədə çatarsa, sözləşməsi daha 1 il uzadılacaq.
SPORTİNFO.AZ

