Yeni baş məşqçi ilə RAZILIQ əldə olundu, ŞƏRTLƏR bilindi

30 Avqust 2024 09:40 Kəpəz 4 366
Yeni baş məşqçi ilə RAZILIQ əldə olundu, ŞƏRTLƏR bilindi

Dünən Adil Şükürovla yolları ayıran «Kəpəz»in yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Premyer Liqanın ilk 4 turunda məğlubiyyətlə üzləşən Gəncə təmsilçisi Azər Bağırovla anlaşıb.

Martda «Araz-Naxçıvan»dan ayrılan mütəxəssis «sarı-göylər»in şərtləri ilə razılaşıb. Onunla mövsümiün sonunadək kontrakt bağlanması nəzərdə tutulub.

«Pro» kateqoriyalı çalışdırıcı bu müddətdə komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlməlidir. Əgər qarşısına qoyulan məqsədə çatarsa, sözləşməsi daha 1 il uzadılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti