«Kəpəz» azarkeşlərini həyacanlandıracaq yeni transfer əməliyyatını uğurla tamamlayıb.
Gəncə təmsilçisinin anlaşdığı növbəti legioneri digərlərindən fərqləndirən zəngin karyerasının olmasıdır.
Yaxınlarda Azər Bağırovu sükan arxasına əyləşdirən və onunla çıxışa keçməyi hədəfləyən «sarı-göylər» Dioqo Verdaska ilə əl sıxıb.
Portuqaliyalı ilə 1 illik müqavilə imzalanıb. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ölkəsinin U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinib.
Vaxtilə yolu «Porto»dan düşmüş Verdaska 4 il burada oynadıqdan sonra İspaniyaya - «Saraqosa»ya yollanıb.
2017-2109-cu illəri La Liqada keçirən Kriştianu Ronaldonun həmyerlisi buradan «Beytar Yerusəlim»ə üz tutub.
İki illik İsrail karyerasının ardından Polşada «Slaşk»la müqavilə bağlayıb. 2023-cü ilin əvvəlində yenidən İspaniyaya dönüb, bu dəfə «Mirandes»in şərəfini qoruyub.
SPORTİNFO.AZ