"Kəpəz" bu gün “Sabah”ın önünə 4 itki ilə çıxacaq

31 Avqust 2024 19:00 Kəpəz 879
"Kəpəz" bu gün “Sabah”ın önünə 4 itki ilə çıxacaq

Premyer Liqanın 5-ci turunda bu gün "Sabah"ı qəbul edəcək "Kəpəz" oyuna itkilərlə çıxacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmir Tağıyev, Tural Rzayev, Rojerio Santos və Elgün Bayramov bugünkü matçda iştirak edə bilməyəcək.

Bu futbolçuların hamısının zədəli olduğu bildirilib.

Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Sabah" matçı saat 19:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti