Premyer Liqada ilk baş məşqçi istefası gerçəkləşdi – SON DƏQİQƏ

29 Avqust 2024 11:40 Kəpəz 4 758
Premyer Liqada ilk baş məşqçi istefası gerçəkləşdi – SON DƏQİQƏ

Premyer Liqada yeni mövsümün gözlənilən ilk baş məşqçi istefası reallaşıb.

Adil Şükürov «Kəpəz»in sükanı arxasını tərk edib.

Ötən ilin oktyabrındat komandanı Azər Məmmədovdan təhvil almış mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Gəncə təmsilçisi cari mövsümə uğursuz başlayıb. «Sarı-göylər» ilk dörd həftədə məğlubiyyətlə üzləşib.

Sırasıyla «Sumqayıt», «Turan Tovuz», «Qarabağ» və «Səbail»ə yenilən «Kəpəz» qapısından 12 top buraxdığı halda, hələ qol hesabını aça bilməyib.

Turnir cədvəlində sonuncu yerdə qərarlaşan komanda hazırda Premyer Liqanı tərk etməyə ən real namizəd sayılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti