"Kəpəz"in əməkdaşı mətbuat nümayəndələrinə fiziki təzyiq göstərmək istədi, bağışlanmadı

29 Avqust 2024 02:00 Kəpəz 931
"Kəpəz"in əməkdaşı mətbuat nümayəndələrinə fiziki təzyiq göstərmək istədi, bağışlanmadı

AFFA İntizam Komitəsi "Kəpəz"in analitiki İlkin Verdiyevi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının IV turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub.

İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qarşılaşma "Səbail"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti