«Kəpəz»in yeni mövsümə biabırçı start verməsi gəncəli azarkeşləri hərəkətə gətirib.
Komandanın Premyer Liqanın ilk dörd turunda məğlubiyyətləri sıralaması onları hiddətləndirib.
Fanatlar artıq etirazlarını sosial platformalar üzərindən bildirmirlər. Bir qrup tərəfdar klubun bazasına gələrək, yeni icraçı direktoru Cabir İbrahimovla görüşüblər.
Narazı kəsim Adil Şükürovun fəaliyyətinin «Kəpəz»i uçuruma sürüklədiyini dilə gətirib. Qeyd ediblər ki, yaydla edilən transferlər yararsızdır və baş məşqçi məsələsinə yenidən baxılmalıdır.
Azarkeşlər ötən ilin payızında sükan arxasına keçmiş mütəxəssisin istefaya göndərilməsinin labud olduğunu söyləyiblər.
Xəbərdarlıq olunub ki, Şükürova etimadları tükənib və əgər rəhbərlik onunla bağlı müvafiq addım atmasa, çempionatın növbəti turlarında «istefa» şüarları səsləndiriblər.
Fanatlar Tərlan Əhmədovun adını çəkib, Adil Şükürovdan daha yaxşı məşqçi olduğunu vurğulayıblar.
Deyiblər ki, keçmiş çalışdırıcıdan fərqli, Şükürov heç kimi saymır, publikaya etinasız yanaşır.
SPORTİNFO.AZ

