Yeni transfer komandada dəyişməli olan cəhətləri açıqladı, “hamıya aiddir” dedi

26 Avqust 2024 21:20 Kəpəz 1 569
Yeni transfer komandada dəyişməli olan cəhətləri açıqladı, “hamıya aiddir” dedi

“Kəpəz”in yeni transferi Kərim Lkoça Sportinfo.az-a müsahibə verib.

23 yaşlı mərakeşli yarımmüdafiəçi “Səbail”ə 0:4 hesablı yenilgi haqda sualları cavablandırıb.

- Ağır məğlubiyyətin səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Bu gün lazımsız səhvlərə yol verdik, rəqib də bundan maksimum yararlandı. Buraxdığımız səhvlərin acısını çəkdik. Komanda mentalitetini dəyişməli və daha çox çalışmalıdır.

- 4 oyunun hamısında məğlub olub, qapınızdan 12 cavabsız top buraxmısınız. Sanki nələrsə qaydasında getmir.

- Özüm də başa düşə bilmirəm. Həftəboyu hazırlaşırıq, səhvləri təkrarlamamağa çalışırıq, lakin yenə eyni şeylər baş verir. Dediyim kimi, mentalitetimizi dəyişməliyik. İnşallah, növbəti oyunlarda yaxşı nəticələr olacaq.

- Mentalitet deyəndə nəyi nəzərdə tutursan? Oyun planını, yoxsa futbolçuların düşüncə, işə yanaşma tərzini?

- Xarakter göstərməliyik, asan təslim olmamalıyıq, sona qədər döyüşməliyik.

- Azarkeşlərin kəskin narazılığı var idi. Xüsusən də sizə - yeni transferlərə qəzəblidirlər. Onlara sözün var?

- Belə olması normaldır. Legionerlərdən daha artığını tələb edirlər. Ancaq bizi də başa düşmək lazımdır. Hücumameyilli futbolçuların hamısı komandaya yeni qoşulub. Komandaya və çempionata uyğunlaşmaq üçün zamana ehtiyac duyuruq. Əminəm ki, daha çox çalışmaqla azarkeşlərimizi sevindirəcəyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti