“Kəpəz” qaynayır: Gəncəlilər hesabat istədi, konkret adamları göstərdilər - VİDEO

24 Avqust 2024 21:20 Kəpəz 2 141
“Kəpəz” qaynayır: Gəncəlilər hesabat istədi, konkret adamları göstərdilər - VİDEO

“Kəpəz” Premyer Liqanın 4-cü turunda da qələbəyə həsrət qaldı.

Səfər qarşılaşmasında “Səbail”ə 0:4 hesabı ilə uduzan gəncəlilər bununla da 4 oyunun hamısını məğlub başa vurdu.

Oyun başa çatandan sonra qonaq azarkeşlərin narazılığını anlamaq olardı.

“Xəmsə” və “Kəpəz Ultras” azarkeş qruplarının üzvləri öncə futbolçuları, daha sonra məşqçilər heyətini tribunanın önünə səslədi.

Komandanın 4 oyunda uduzub, 1 qol da vura bilməməsinə etiraz edən fanatlar kəskin narazılıqlarını bildirib, xüsusən komandaya yeni qoşulmuş futbolçuların heyfiyyətinin “Kəpəz”in adına uyğun olmadıqlarını dilə gətirdilər.

Legionerlərin ürəksiz oynamasına işarə vuran futbolsevərlər bu gedişlə daha sərt addımlara əl atacaqlarını açıq şəkildə bəyan etdilər.

Təxminən 15 dəqiqə davam edən etiraz dalğasının yekununda azarkeşlərə qarşıdakı turlarda uğurlu nəticələr vəd olundu.

HƏBİB / SPORTİNFO.AZ

Videoda həmin anların “Sportinfo”nun kamerasına düşən hissəsini təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti