"Kəpəz" 9 ildən sonra Premyer Liqaya qayıtdığı mövsümü xatırladır.
Komanda gələnə-gedənə uduzmaqla məşğuldur.
Tək uduzmaqla iş bitmir.
2 mövsüm əvvəl "Kəpəz" rəqiblərinə qol vura, müqavimət göstərə bilirdi.
İndi heç biri yoxdur.
Baş məşqçi Adil Şükürov heyətin yeni olması səbəbindən zamana ehtiyacları olduğunu bildirib.
Bəlkə də düz deyir. Bunu indi müəyyən etmək çətindir.
Kim bilir, bəlkə, ikinci dövrədən tam başqa komanda görəcəyik. Niyə də yox? Ötən mövsüm hamımızı "Kəpəz" barəsində xoş danışmağa vadar edən o deyildimi?
Amma yenilənmiş heyətdə daşlar yerinə oturana kimi Şükürov qalacaqmı?
Təbii ki, özü qalmaqda maraqlıdır. Çünki yağdığı heyətin gələcəyinə inanır.
Növbəti dəfə Premyer Liqada qalacaqlarına əmindir.
Ötən mövsüm göstərilən oyun, əldə edilən nəticə bu şərtlər altında belə Şükürovun ən azı qışa kimi postunda qalmasını labüd edir.
Amma bizim tanıdığımız klub rəhbərliyi, gəncəli azarkeşlər buna dözüm göstərəcəkmi?
Çətin...
Maksimum daha 2-3 tur hazırkı gedişata sakit reaksiya gələcək.
Ardınca kütləvi etiraz və istefa tendensiyasına davam.
Axı əvvəlki illərdə olan təcrübə belə düşünməyə əsas verir.
Şükürov eyni axına düşmək, günahkar qiyafəsində Gəncəni tərk etmək istəmirsə, indidən tədbir almalıdır.
XANOĞLAN İMANOV

