"Mən peşman olduğumu heç vaxt deməyəcəm"

24 Avqust 2024 20:40 Kəpəz 1 058
"Mən peşman olduğumu heç vaxt deməyəcəm"

"Kəpəz"in uğursuz oyunlar seriyası davam edir.

Adil Şükürovun yetirmələri ardıcıl 4-cü matçında da meydanı məğlub olmaqla bərabər, həm də qol vurmadan tərk etməli oldu.

Komandanın kapitanı Yeqor Xvalko ötən mövsümün sonunda bir neçə klubdan yaxşı təklif almışdı.

Lakin yekunda Gəncə təmsilçisində qalmağa qərar verdi.

Görəsən, belə startdan sonra belaruslu müdafiəçi qalmaq qərarına görə peşman deyil?

Sorğumuza cavab olaraq təcrübəli müdafiəçi bunları dedi:

"Bəli, işlər pis gedir. Başverənlər xoş deyil. Kəpəz"də üçüncü mövsümümü keçirirəm. Bu, mənim üçün çox şeydir. Özümü burada rahat hiss edirəm. Sanki bura aidəm.

Burada qaldığım üçün peşman olduğumu heç vaxt deməyəcəm".

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti