COP29

"O, özündən əvvəlki məşqçilərin etdiyi səhvi təkrarlamadı, qalmağa layiqdir"

23 May 14:00 Kəpəz 1 411
"O, özündən əvvəlki məşqçilərin etdiyi səhvi təkrarlamadı, qalmağa layiqdir"

«O, özündən əvvəlki məşqçilərin etdiyi səhvi təkrarlamadı.

Qazandığı uğurun əsas səbəbi də budur».

Bu fikirlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu bildirib ki, mövsümün əvvəlində «Kəpəz»in sükanı arxasına keçən Adil Şükürov çox böyük bir missiyanın öhdəsindən gəlib:

«Kəpəz»in Premyer Liqada yerini qoruyacağına güman az idi. Adil Şükürov proqnozları alt-üst etdi, Gəncəni burada saxladı.

O, işə yanaşması və oynatdığı futbolla bunu bacardı. Kim deyirsə ki «Kəpəz»in heyəti ötənilkindən zəifdir, yanılır.

Abdulla Şuaybunun və Giorgi Kantariyanın gedişi ilə bu komandanın gücünü itirməsi iddiaları əsassızdır.

Klub yeni gələn legonerlərinə yenə iri məbləğlər ödəyir. Beş-altı belə futbolçuları var.

Komandanın yüksəlişi yeni baş məşqçinin onlardan düzgün istifadə etməsiylə əlaqədardır. Şükürov futbolçularına özgüvən aşıladı, heç bir rəqibdən çəkinmədi, hücum futbolu oynatdı.

O, göstərdiyi bu nəticələrlə hələ bir neçə il «Kəpəz»i çalışdırmağı haqq edir. Layiqli iş gördü».

Digər Xəbərlər
Xəbər Lenti