COP29

Azərbaycaaa səs salan məşqçini gözləyən yeni...

21 May 23:49 Kəpəz 3 759
Azərbaycaaa səs salan məşqçini gözləyən yeni...

Adil Şükürov "Kəpəz"in baş məşqçi postuna 14-cü turdan təyinat aldı.

Arxada qalan 19 turda çalışdırıcı haqqında kifayət qədər müsbət obraz yarada bildi.

Təbii ki, gördüyü iş, göstərdiyi insanlıqla.

Qərb təmsilçisinin başına keçdiyi ilk oyunlardan ortaya qoyduğu baxımlı futbolla hər kəsin rəğbətini qazandı.

Premyer Liqada qalmaq məqsədi sona 5 tur qalmış öz həllini tapdı.

O, bunu sələfi Azər Məmmədovun yığdığı heyətlə bacara bildi.

Amma növbəti mövsüm Şükürov üçün daha çətin sınaq meydanı olacaq.

Gəncəlilər yəqin ki, bu dəfə komandanın yalnız elitada yerini qoruması ilə barışmayacaq.

Ən azı ortabab statusunda olmağı tələb edəcək.

Digər məsələ isə rəqiblərlə bağlıdır.

Bu mövsüm "Kəpəz"lə qarşılaşan istənilən rəqib 3 xalı cibində hiss edirdi. Buna həm klubun yaydakı nizamsız hazırlığı, mövsümün gedişində turnir cədvəlinin son sıralarında yer alması əsas verirdi.

Meydanda yaxşı mübarizə ilə qarşılaşanda isə çox gec olurdu.

Artıq rəqib məşqçilər, futbolçular "Kəpəz"i ciddi qəbul etməyə, daha məsuliyyətli davranmağa məhkumdur.

Xüsusilə Adil Şükürov amilinə görə. O, arxada qalan müddət göstərdi ki, bacarığı var.

Bundan başqa doğma publikadan uzaq düşmək də kollektivə müsbət təsir etdi. Nə qədər paradoksal səslənsə də "Kəpəz" doğma şəhərdə böyük təzyiq altında oyunlara çıxır. Azər Məmmədovun özünü baş məşqçi kimi yaxşı göstərə bilməməsinə bu amil də az mane olmadı.

Yuxarıda sadaladığımız çətinliklər fonunda yeni mövsümü Şükürov üçün özünü təsdiq meydanı hesab edə bilərik.

O, bu dəfə özünün yığıdığı heyət, daha böyük hədəflərlə onu indikindən daha ciddi qəbul etməyə məhkum etdiyi həmkarları önünə çıxacaq. Uğuru qazanmaq asandır, əldə saxlamaq çətin.

9 illik aradan sonra Premyer Liqaya qayıdan Adil Şükürov uğur qazanmağı bacardı. İndi qalır onu əldə saxlamaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti