Holdinqin kluba sponsorluq etməsinə İCAZƏ VERİLMƏDİ - ŞOK HADİSƏ!

15 Mart 2024 13:00 Kəpəz 1 687
Holdinqin kluba sponsorluq etməsinə İCAZƏ VERİLMƏDİ - ŞOK HADİSƏ!

«Kəpəz»in yeni sponsor gözləntisi gerçəkləşməyib.

Gəncə təmsilçisi ilə "F-Holding" arasında gedən danışıqlar baş tutmayıb.

halbuki yeni himayədarla uzunmüddətli sövdələşmə imzalanacağı haqda mediada xəbərlər dolaşırdı. İddia olunurdu ki, tərəflər 5 illik əməkdaşlığa dair razılığa gəliblər.

Fəqət, şərtlər üst-üstə düşməyib. Baxmaayraq ki, holdinqin nümayəndələri klubun bazasında olub, həmçinin tikintisinə başlanan stadiona baş çəkib.

Onların irəli sürdüyü təkliflər İdarə Heyətinin sədri İlqar Nadirini razı salmayıb. Çünki potensial sponsorun təmsilçiləri kluba ay1ıracaqları vəsaitin qarşılığında idarəetmə aparatına da yiyələnmək istəyib.

Başqa sözlə, Nadiridən bütün səlahiyyətləri onlara ötürmələrini gözləyiblər. Sonuncu isə 5 ildən çoxdur təkbaşına idarə elədiyi «Kəpəz»lə bu şəkildə vidalaşmağı özünə yaraşdırmayıb.

Təbii ki, şəxsi maraqlarını gözünün önünə gətirərək.

Sədr klubda hakimiyyətə gələcək şəxslərin maliyyə sənədlərini araşdıracağından narahatlıq keçirməsəydi, yəqin ki, söhbətin falını son anda 180 dərəcə fırlatmazdı.

Ən azından «Kəpəz»in xoş gələcəyi naminə. Doğrudan da, prosesin növbəti mərhələsində hansısa faktların gün işığına çıxmasından əndişə keçirmirsənsə, imkanlı tərəfdaşın gəlişini niyə önləsin ki?

Soğan yeməmisən, için niyə göynəsin onda? Özgə vaxt «sponsor tapa bilmirik» deyib, dörd bir tərəfə haray çəkmək nə idi bəs?

Sadəcə, gözə kül üfürmək üçün eləmi?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!