"Daha çox transfer etməli idik, gücümüz çatmadı - Bizə başqa yerdən pul gəlmir"

11 Fevral 12:20 Kəpəz 1 097
"Daha çox transfer etməli idik, gücümüz çatmadı - Bizə başqa yerdən pul gəlmir"

"Bizə daha çox futbolçu lazım idi, az transfer etdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisi 2024-cü ilin qış bazarlığını cəmi 3 yeni oyunçu ilə tamamlayıb. Qərb klubu son olaraq Ədilxan Qarəhmədov düşərgəsinə qatıb.

23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Razılaşmaya əsasən, anlaşma daha 1 il artırıla bilər. Onun sonuncu klubu I Liqa təmsilçisi "İrəvan" olub.

"Kəpəz" ondan öncə Amil Yunanov (“Səbail”, icarə) və Camal Cəfərovu ("Sabah", icarə) da heyətinə cəlb edib.

İ.Nadiri bildirib ki, məhdud bazarlıq büdcədə vəsait çatışmazlığı ilə əlaqədardır:

«Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Şansımızı artırmaq üçün əlimizdən gələni edəcəyik.

Eyn zamanda bilirik ki, bu, çətin olacaq. Çünki ehtiyat oyunçu skamyamız qısadır.

Üç yox, daha çox transfer etməliydik. Gücümüz çatmadı.

Əlavə dəstəyimiz yoxdur, bizə başqa yerdən pul gəlmir. Məcburuq ki, əlimizdə olan futbolçularla kifayətlənək».

Digər Xəbərlər
Xəbər Lenti