COP29

Azərbaycanda "qəpiyə güllə atan" klub əlavə xərcə düşdü

7 Sentyabr 11:40 Kəpəz 2 350
Azərbaycanda "qəpiyə güllə atan" klub əlavə xərcə düşdü

«Kəpəz» 42 min manat ziyana düşüb.

Klub rəhbərliyi bu qədər pulu keçmiş baş məşqçisinə və köməkçilərinə ödəyib.

Belə ki, qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən Adil Şükürova 20 min manat civarında təzminat ödənilib.

Onun əsas yardımçısı İlyas Qurbanova çatan məbləğ isə 9000 manat təşkil edib. Qapıçıldar üzrə məşqçi Elşad Tahirov 7000 manat alıb.

Şükürovun özüylə Gəncəyə gətirdiyi həkim Vüqar Məmmədov da boş geri qayıtmayıb. Ona da 6000 manat kompensasiya verilib.

Məlumat üçün deyək: Müqaviləsi birtərəfli pozulan öncəki baş məşqçilərin heç biri Adil Şükürov kimi daranmayıb. İstər Yaşar Vahabzadə, istərsə də Azər Məmmədov istefaya göndərildikləri halda, pul davası etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...