Premyer Liqa klubunda istefa anı yetişir, az qaldı,.. SON DƏQİQƏ

28 Avqust 2024 11:40 Kəpəz 4 848
Premyer Liqa klubunda istefa anı yetişir, az qaldı,.. SON DƏQİQƏ

Həftəsonu Premyer Liqada 5-ci turun oyunları keçiriləcək.

«Kəpəz» Tovuzda «Sabah»ı qəbul edəcək. Bu qarşılaşma Adil Şükürov üçün sonuncu ola bilər.

Ötən ilin payızında Gəncə təmsilçisinin sükanı arxasına keçən mütəxəssisin taleyi artıq tükdən asılıdır. Növbəti məğlubiyyət rəhbərliklə onun arasında olan bütün «iplər»i qıracaq.

Bunun üçün zəmin yetişib. Uğursuz transfer siyasəti aparan baş məşqçi kollektiv daxilində çəkisini itirib.

Əksər futbolçularla, xüsusən yerlilərlə münasibətlərində gərginlik yaranıb.

Oyunçuları pis gedişatın günahını onların üzərinə atan çalışdırıcının əlindən «zəncir çeynəyirlər». Gündə biri ondan yönətimə şikayət edir.

«Kəpəz»in yeni mövsümə biabırçı start verməsi gəncəli azarkeşləri də hərəkətə gətirib. Komandanın Premyer Liqanın ilk dörd turunda məğlubiyyətləri sıralaması onları hiddətləndirib.

Premyer Liqa klubunda istefa anı yetişir, az qaldı,.. SON DƏQİQƏ

Fanatlar artıq etirazlarını sosial platformalar üzərindən bildirmirlər. Bir qrup tərəfdar klubun bazasına gələrək, yeni icraçı direktoru Cabir İbrahimovla görüşüblər.

Narazı kəsim Adil Şükürovun fəaliyyətinin «Kəpəz»i uçuruma sürüklədiyini dilə gətirib. Qeyd ediblər ki, yaydla edilən transferlər yararsızdır və baş məşqçi məsələsinə yenidən baxılmalıdır.

Azarkeşlər mütəxəssisin istefaya göndərilməsinin labud olduğunu söyləyiblər.

Xəbərdarlıq olunub ki, Şükürova etimadları tükənib və əgər rəhbərlik onunla bağlı müvafiq addım atmasa, çempionatın növbəti turlarında «istefa» şüarları səsləndiriblər.

Fanatlar Tərlan Əhmədovun adını çəkib, Adil Şükürovdan daha yaxşı məşqçi olduğunu vurğulayıblar.

Deyiblər ki, keçmiş çalışdırıcıdan fərqli, Şükürov heç kimi saymır, publikaya etinasız yanaşır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti