"Bu, həm klublar, həm də futbolçular üçün ağılsızlıq olar"

18 May 2020 01:52 İtaliya 462
"Bu, həm klublar, həm də futbolçular üçün ağılsızlıq olar"

“Udineze”nin direktoru Pyerpalo Marino koronavirus pandemiyasına görə dayandırılmış A Seriyasının iyunun 13-də bərpa olunmasını tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, “Rai Radio 1” kanalına verdiyi açıqlamada bunları söyləyib:

“A Seriyası iyunun 13-də bərpa olunsa, bu, həm klublar, həm də futbolçular üçün ağılsızlıq olar. Bizim mövqeyimiz ondan ibarətdi ki, meydana yalnız oyunçuların səhhətinə tam zəmanət veriləcəyi halda qayıtmaq lazımdı”.

İtaliyada mayın 4-dən etibarən fərdi qaydada məşq edən futbolçular bu gündən kollektiv şəkildə də hazırlığa başlayacaqlar. İyunun 13-də isə A Seriyasının 2019/20 mövsümünün bərpa olunacağı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!