"Niyə hazır deyiləm? Nə üçün millidə oynamayım ki?" - Kapitandan ETİRAZ!

22:20 Qəbələ 259
"Niyə hazır deyiləm? Nə üçün millidə oynamayım ki?" - Kapitandan ETİRAZ!

"Niyə hazır deyiləm? Niyə oynamayım ki?".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Murad Musayev səsləndirib.

Kapitan milli komandaya dəvət olunmamasına bu cür reaksiya verib.

Davamında isə daha iddialı açıqlama ilə yadda qalıb:

"7-8 ildi stabil olaraq Premyer Liqada oynayıram. İlə ən azı 30 oyun keçirmişəm. Bu mövsüm 33 görüşdə meydanda oldum. Düşünürəm ki, milli komandaya dəvət olunmalıydım.

Ayxan müəllimin oynatdığı sistem də mənə uyğundur. Biz də milli komanda kimi "Qəbələ"də "beşli" müdafiə ilə çıxış edirik. Dəvət gözləyirdim. Hər birimizin istəyi, arzusu yığmanın formasını geyinməkdir.

Mən də neçə illərdi sabit oynayıram. Bundan əvvəlki illərdə yaxşı keçirdiyim sezonlara rəğmən milliyə dəvət almamışam. İndi də almadım. Yenə gözləyirəm. İnşallah, bizim üçün də nə zamansa millinin qapıları açılar. Gedib milli formanı geyinərik, oradakı milli ab-havanı hiss edərik.

Gələcək toplanışlarda mütləq şəkildə dəvət gözləyəcəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti