"Qəbələ" daha iki futbolçuya “lazım deyilsən” söylədi - RƏSMİ

2 İyun 13:20 Qəbələ 494
"Qəbələ" daha iki futbolçuya “lazım deyilsən” söylədi - RƏSMİ

"Qəbələ" daha iki futbolçu ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar.

Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.

Rza Cəfərov "Neftçi", Sambu Sissoko isə “Valensiyen” (Fransa) klubuna geri qayıdıb.

“Qəbələ” buna qədər İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR