Özbəkistanda 1-ci oldu

15 İyun 02:50 Şahmat 610
Özbəkistanda 1-ci oldu

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib.

Aktivində 7 xal olan M.Muradlı bu gün son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM