2026/27-ci il mövsümündə Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşib.
Sumqayıtda keçirllən pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gəlib.
Matç Qəbələnin eyniadlı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ" Misli Premyer Liqasının başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə tamamlayıb.
Son anda elitada yerini qorumağı bacaran "qırmızı-qaralar" mükafatsız qalmayıb.
Klub başbilənləri "işıqçılar" üzərində qələbədə pay sahibi olanların gözləntilərini qarşılayıb. Komanda üzvlərinə 3000-5000 manat civarında ödəmə edilib.
SPORTİNFO.AZ

