"Qəbələ" bir illik aradan sonra Birinci Liqaya qayıtmağın astanasından qayıda bildi.
Kaxaber Tsxadadzenin komaandası Premyer Liqaya son vəsiqə uğrunda pley-off maçında "Mingəçevir"i məğlub etməklə buna nail oldu - 2:0.
"Qırmızı qaralar"ın müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlama verib.
O, meydanda başverənləri şərh edib:
"Bizim üçün önəmli oyun idi. Finala bərabər əhəmiyyəti vardı.
Asan görüş keçdiyini deməzdim. İlk dəqiqələrdə bir az gərginlik vardı.
Tədricən bunu üzərimizdən ata bildik. Bütün oyuna nəzarəti əlimizdə saxladıq.
Yekunda istədiyimiz nəticəni qazandıq. Önəmli olan Premyer Liqada qalmaq idi.
Qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildiyimiz üçün sevinirəm. Əslində daha yaxşı yerlərdə ola bilərdik. Amma qismət belə imiş".
XANOĞLAN

