Məğlub komandanın rəsmilərinə bu cür acıq verdilər – Rayondan VİDEO

14 Dekabr 2024 21:00 Turan 1 386
Məğlub komandanın rəsmilərinə bu cür acıq verdilər – Rayondan VİDEO

Premyer Liqanın 16-cı turunun ən gərgin və maraqlı qarşılaşması Tovuzda baş tutdu.

“Turan Tovuz”la “Şamaxı”nın duelində proqnozlar özünü doğrultdu.

Penalti, sayılmayan qollar, vurulan 5 qol və son saniyələrdə gələn qələbə topu meydan sahiblərinə 3:2 hesabı ilə qələbə qazandırdı.

90 dəqiqə boyunca tribunalardakı vəziyyəti təsəvvür etmək çətindir. “Turan”ın rəhbəri Ehtiram Quliyev siqareti siqaretə calayır, həyəcandan özünə yer tapa bilmir, komandasının hesabı bərabərləşdirdiyi epizodda belə, sevinməkdən çəkinirdi.

“Şamaxı” rəsmiləri isə hər dəfə vurulan və vurulmayan qolları bayram edəndə, yaxınlıqdakı tovuzlu azarkeşlərin etirazı ilə qarşılaşırdı.

Roderik Millerin qələbə topundan sonra yerli fanatlar üzünü “Şamaxı” rəsmilərinə tutub, qələbəni qonaqlara acıq verməklə çıxdı.

Avropa arenalarında adiləşən, Azərbaycandakı stadionlarda nadir hallarda gördüyümüz mənzərənin görüntülərini təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti