
Braziliyalı futbolçu Robinyo “Milan”da çıxış edərkən üzləşdiyi hadisə barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Robinyo Zlatan İbrahimoviçin döyüşə çağırdığını bildirib.
O, Zlatanda özünəinam hissinin olduqca yüksək olduğunu vurğulayıb: “Zlatan təkəbbürlüdür? Bəli, amma yaxşı mənada. Bu, sadəcə etimad, özünəinamdır, öz gücünə əminlikdir.
İbrahimoviç bir dəfə məşqdə olduğumuz zaman Qattuzonu ci-ciutsu qaydalarına uyğun döyüşə çağırdı. Kim qalib gəldi? Zlatan həmişə qalib gəlir”.