
“Lill”in hücumçusu Conatan Devid İtaliya A Seriyasında çıxış edə bilər.
Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “İnter” maraqlanır və artıq ona rəsmi təklif göndərib.
Ancaq transferin baş tutması kanadalı forvardın maliyyə tələblərinə görə sual altındadır. O, illik 5 milyon avro maaş istəyir, amma “İnter” daha aşağı məbləğ təklif edir.
Conatan Devid 2024/25 mövsümündə 48 oyunda iştirak edib, 25 qol vurub və 12 məhsuldar ötürmə verib.