“Uduzduğumuz üç finalın heç birində qələbəyə layiq deyildik”

17 May 01:40 İtaliya 399
“Uduzduğumuz üç finalın heç birində qələbəyə layiq deyildik”

“Yuventus”un sabiq qapıçısı Canluici Buffon UEFA Çempionlar Liqasının üç finalında məğlubiyyətinin ədalətli olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş qolkiper bunun “Yuventus” azarkeşləri üçün üzücü olduğunu bildirib:

“Finalda qalib gəlməli olan komandalar həqiqətən də bunu haqq edənlərdir. Bu dəfə də PSJ və ya “İnter” – kim daha çox haqq edirsə, o da qalib gələcək.

Mən Çempionlar Liqasında üç finalda uduzmuşam və açıq deyə bilərəm ki, biz heç birində qələbəyə layiq deyildik.

“Real”la oyunda uduzmağı haqq edirdik, “Barselona” ilə matçda isə bir imkanımız olmuşdu…

“Yuventus” azarkeşləri üçün bu üzücüdür, amma mənim üçün bu heç nəyi dəyişmir. Sadəcə olaraq, həmin an rəqiblər bizdən daha güclü idilər”.

Buffon “Yuventus”un heyətində 2003-cü ildə “Milan”la (0:0, penaltilərlə 2:3), 2015-ci ildə “Barselona” ilə (1:3) və 2017-ci ildə “Real”la (1:4) oynadığı final matçlarında məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?