Premyer Liqadan iki klubun hədəfindəki müdafiəçi kimdir?

16 May 18:40 İtaliya 440
Premyer Liqadan iki klubun hədəfindəki müdafiəçi kimdir?

“Bolonya”nın müdafiəçisi Con Lukuminin İngiltərə Premyer Liqasında çıxış etmə ehtimalı var.

Sportinfo.az xəbər verir ki, bu barədə “TBR Football” nəşri məlumat yayıb.

Kolumbiyalı futbolçuya “Liverpul”, “Tottenhem” və “Çelsi” klubları maraq göstərir. Hər üç klub yay transfer pəncərəsində onun üçün mübarizə aparmağı planlaşdırır.

26 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bolonya” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?