Tanınmış baş məşqçi gələcəyi haqda sualdan yayındı

15 May 21:40 İtaliya 357
Tanınmış baş məşqçi gələcəyi haqda sualdan yayındı

“Milan”ın baş məşqçisi Serjio Konseysao gələcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.

Komanda ötən gün İtaliya kubokunun finalında “Bolonya”ya 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı “La Gazzetta dello Sport” nəşrinə bunu deyib:

“Çempionatı layiqincə başa vurmalıyıq, sonra bu barədə danışarıq”.

Konseysao 30 dekabr 2024-cü ildə “Milan”ın “sükanı arxasına” keçib və dərhal komandaya İtaliya superkubokunu qazandırıb.

Ancaq daha sonra bəzi futbolçular onun məşqçilik metodlarından narazı qaldıqları üçün komandadan ayrılıblar.

“Milan” A Seriyasında mövsümün sonuna iki tur qalmış 60 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?