Gözünü yenə sabiq baş məşqçisinə dikib - Yuventus”

00:10 İtaliya 77
Gözünü yenə sabiq baş məşqçisinə dikib - Yuventus”

“Yuventus” Antonio Konteni yenidən baş məşqçi vəzifəsinə gətirmək istəyir.

İtaliyalı mütəxəssis hazırda “Napoli”yə rəhbərlik edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kontenin komandası A Seriyasında çempionluğa yaxın olsa da, onun klub prezidenti Aurelio De Laurentislə fikir ayrılıqları yaşadığı bildirilir.

Konte “Yuventus”un və İtaliya millisinin sabiq yarımmüdafiəçisi, 2011–2014-cü illərdə turinlilərin baş məşqçisi olub və klubla ardıcıl üç dəfə İtaliya çempionluğunu qazanıb.

“Yuventus” hazırda A Seriyasında 36 turdan sonra 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Ancaq bu mövqeyə “Latsio”, “Roma” və “Bolonya” da iddialıdır. Komandaya hazırda rəhbərlik edən İqor Tudorun başçılığı altında istənilən xal itkisi klubun UEFA Çempionlar Liqasına vəsiqə şansını təhlükə altına sala bilər.

Digər Xəbərlər
Xəbər Lenti